Quba hadisələrində təqsirləndirilən 7 nəfərin cinayət üzrə növbəti məhkəmə prosesi keçirilib

Quba hadisələrində təqsirləndirilən 7 nəfərin cinayət üzrə növbəti məhkəmə prosesi keçirilib
# 20 noyabr 2012 13:12 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Quba Rayon Məhkəməsində hakim Füzuli Pənahovun sədrliyi ilə bu il martın 1-də Quba rayonunda baş verən hadisələrə görə həbs olunan daha 7 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, prosesdə zərərçəkən şəxslər ifadə verib. Növbəti məhkəmə prosesi noyabrın 22-nə təyin olunub.

Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Əliyev Habil Əhməd oğlu Azərbaycan Cİnayət Məcəlləsinin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Digər müttəhimlər - Akif Məmmədtağı oğlu Əliyev, Qəribov Səfər Fazil oğlu, Əmiraslanov Zimistan Əkrəm oğlu, Dadaşov Telman Əfqan oğlu, Abdullayev Samir Alim oğlu və Əkbərov Məmmədhəsən Məmmədəli oğlu isə CM-nin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR