Vətəgə stansiyasının yeni inzibati binası istifadəyə verilib - FOTO

Vətəgə stansiyasının yeni inzibati binası istifadəyə verilib - <span style="color: red;">FOTO
# 22 dekabr 2012 08:16 (UTC +04:00)

Bakı - APA. İmişli rayonunda «Azərbaycan Dəmir Yolları» QSC-nin Vətəgə stansiyasının yeni inzibati binası istifadəyə verilib. Mərasimdə «Azərbaycan Dəmir Yolları» QSC, İmişli rayon İcra Hakimiyyəti və rayonun müvafiq qurumları, İmişli qovşağında yerləşən dəmir yolu təşkilatlarının nümayəndələri iştirak ediblər.

APA-nın məlumatına görə, «Azərbaycan Dəmir Yolları»nın Yük daşımaları Departamentinin yük və kommersiya şöbəsinin rəisi Teymur Məmmədov tədbirdə çıxış edərək bildirib ki, son illər ərzində dəmir yolu özünün yeni inkişaf dönəminə qədəm qoyub.

Vətəgə stansiyasının rəisi Aydın Xankişiyev isə məlumat verib ki, əvvəlki inzibati bina 1955-ci ildə inşa olunub. Son zamanlar istismara yararlılığını itirdiyindən yeni inzibati binanın tikintisinə ehtiyac yaranıb. Tikinti işlərinə bu ilin mart ayında başlanılıb və qısa zaman ərzində tikinti işləri başa çatdırılıb. Yeni binada sərnişinlər üçün gözləmə zalı, 8 iş otağı, mətbəx və bufet var. Otaqlar mebel və zəruri avadanlıqlarla təchiz olunub və burada istilik sistemi quraşdırılıb.

Sonra tədbir iştirakçıları yeni inzibati binaya baxış keçiriblər.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Yük daşımaları Departamenti tərəfindən stansiyaya 2 kompüter dəsti və kseroks aparatı hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR