"Cənub Qaz Dəhlizi" ötən il SOCAR-a 2 mlrd. manatdan çox avans ödəyib

"Cənub Qaz Dəhlizi" ötən il SOCAR-a 2 mlrd. manatdan çox avans ödəyib
# 04 iyul 2016 11:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. SOCAR Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri Şirkətində (CQBKŞ) 10%-lik payının satılmasına görə aldığı avansın məbləğini açıqlayıb.

"APA-Economics"in məlumatına görə, SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir ki, 31 dekabr 2015-ci il tarixində ŞD və CQBKŞ-də paya görə alınmış cəmi məbləğ 2 mlrd. 97 mln. manat (1,346 mlrd. ABŞ dolları) (31 dekabr 2014-cü il: 625 mln. manat (797 mln. ABŞ dolları)) olub.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında SOCAR ŞD və CQBKŞ-də 10%-lik payının (birlikdə “Pay”) satılması haqqında Təxirə salınmış alqı-satqı razılaşması (“TSASR”) imzalayıb. Bu razılaşmanın şərtlərinə uyğun olaraq Cənub Qaz Dəhlizi (CQD) bunun üçün SOCAR-a avans ödəyəcək, nəzarət isə satışı öncələyən şərtlər yerinə yetirildiyi təqdirdə 2023-cü ildə CQD-yə keçəcək. Bundan əlavə, TSASR alış üçün 2020-ci ilin sonunadək hər il ödəniləcək vəsaitlə bağlı müəyyən mərhələli ödənişləri müəyyən edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR