Goranboyda yol qəzasında ölən dörd nəfərdən biri məktəb direktorudur - YENİLƏNİB - ADLAR

Goranboyda yol qəzasında ölən dörd nəfərdən biri məktəb direktorudur - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">ADLAR
# 27 noyabr 2015 11:17 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda dəhşətli yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Borsunlu kəndindən Goranboy şəhərinə gedən yolda qeydə alınıb. İki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölənlər rayonun Veyisli kənd orta məktəbinin direktoru Ələsgər Ələsgərov, direktor müavini Nofəl İsmayılov, rayon sakinləri Səday İsmayılov və Yaşar Rzayevdir.

Xəsarət alanların isə rayonun Qaraçinar kənd sakini, 1981-ci il təvəllüdlü Xəqani Rzayev, Qızıl Hacılı kənd sakini, 1982-ci il təvəllüdlü Elman Həsənov, Yenikənd kənd sakini, 1990-cı il təvəllüdlü Nəriman Rzayev və Veyisli kənd sakini, 1977-ci il təvəllüdlü Bəxtiyar Əhmədov olduğu bildirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

***

13:00

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Borsunlu kəndi ilə Goranboy şəhərini birləşdirən yolda qeydə alınıb. İki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində dörd nəfərin öldüyü bildirilir.

Faktla bağlı Goranboy rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR