Naxçıvan Ali Məclisinə əlavə seçkilərin nəticələri təsdiq edilib

Naxçıvan Ali Məclisinə əlavə seçkilərin nəticələri təsdiq edilib
# 10 avqust 2016 22:46 (UTC +04:00)

Bakı-APA. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər üzrə 6 avqust 2016-cı il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi məsələsinə baxıb.

APA-nın məlumatına görə, Naxçıvan Mərkəzi Seçki Komissiyası Naxçıvan Ali Məclisinə keçirilmiş əlavə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında Naxçıvan Mərkəzi Seçki Komissiyasının 8 avqust tarixli qərarı və protokolunu (onlara əlavə edilən sənədlərlə birlikdə) 2016-cı il 8 avqust tarixində Naxçıvan Ali Məhkəməsinə təqdim edib.

Təqdim edilmiş seçkilərin ümumi yekunları haqqında sənədlərdə 6 avqust 2016-cı il tarixdə 45 saylı Aza seçki dairəsi üzrə 16 seçki məntəqəsində Naxçıvan Ali Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri öz əksini tapıb. Seçki sənədləri yoxlanılarkən müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikası üzrə Ali Məclisə əlavə seçkilərin keçirilməsi üçün yaradılmış 45 saylı Aza seçki dairəsini əhatə edən 16 seçki məntəqəsi üzrə aktiv seçki hüququ olan 6049 seçici ümumi seçici siyahılarına daxil edilmiş, onlardan 4828 nəfəri, yəni 79,8 faizisə səsvermədə iştirak edib. Səsvermədə iştirak etmiş seçicilərin 4828 nəfəri bilavasitə seçki məntəqələrində səs veriblər. Seçki qutularında aşkar edilən 4828 bülletendən 4764 seçki bülleteni, yəni 98,67 faizi etibarlı hesab edilmiş, 64 bülleten, yəni 1,33 faizi isə etibarsız hesab edilib. Məntəqələr üzrə seçki günü 1221 ədəd istifadə edilməmiş seçki bülletenləri məntəqə seçki komissiyaları tərəfindən ləğv edilib.

Bütün bunları nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Naxçıvan Ali Məclisinə 6 avqust 2016-cı il tarixdə keçirilmiş 45 saylı Aza seçki dairəsi üzrə əlavə seçkilərin nəticələrini təsdiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR