Milli Məclisin IV çağırışda son iclasının vaxtı dəyişdirilib

Milli Məclisin IV çağırışda son iclasının vaxtı dəyişdirilib
# 13 oktyabr 2015 12:02 (UTC +04:00)

MM-dən APA-ya verilən məlumata görə, iclas oktyabrın 23-dən 20-nə keçirilib. Bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olan millət vəkillərinə seçki gününə hazırlığa daha çox vaxt vermək üçün iclasın vaxtı 3 gün əvvələ çəkilib.

İclasın gündəliyində hazırda 25 məsələ nəzərdə tutulsa da, əlavə bir neçə layihənin də gündəliyə salınması gözlənilir.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR