Liviyada təcili yardım təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Liviyada təcili yardım təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
# 23 aprel 2016 00:28 (UTC +04:00)

Bakı-APA. Liviyanın şərqindəki Əl-Beyda şəhərində təcili yardım təyyarəsinin qəzaya düşməsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, göyərtəsində 7 nəfərin olduğu təyyarə Əl-Beyda şəhərindəki hava limanına eniş edirkən qəzaya uğrayıb.

İlkin ehtimala görə, qəzaya səbəb təyyarənin mühərriklərində yaranan nasazlıq olub. Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən şərh hələlik verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR