Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs həbs edilib

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs həbs edilib
# 17 sentyabr 2015 07:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 15-də saat 02:50 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlhamə Xəlilovanı döyərək içərisində 120 manat pul, 1 cüt sırğa, mobil telefon və sənədləri olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR