Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək

Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək
# 22 oktyabr 2015 15:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tamaşada aparıcı partiyalardan biri - Violetta partiyasını əməkdar artist İnarə Babayeva, Alfred rolunu əməkdar artist Fərid Əliyev ifa edəcəklər.

Səhnə əsərində digər rollarI xalq artisti Əli Əsgərov (Markiz d`Obinyi), əməkdar artistlər Səbinə Vahabzadə (Flora), Anton Ferştandt (Doktor Qrevil), Dmitri Qrişin oynayacaq.

Opera tamaşası Almaniyalı dirijor, Qut-İmmlinq opera sənəti festivalının musiqi rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok tərəfindən idarə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR