Səlim Müslümov: "Növbəti ildə də heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq"

Səlim Müslümov: "Növbəti ildə də heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq"
# 24 dekabr 2015 11:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Məzənnə siyasətinin dəyişməsi əhaliyə ödəniləcək pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə heç bir problem yaratmayacaq".

"APA-Economics"in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S. Müslümovun sözlərinə görə, bunu ölkə başçısı İlham Əliyev bu gün gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın açılışında iştirakı zamanı da təsdiqləyib: "Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycanda bu gün mövcud olan iqtisadi potensial hökumətin öz üzərinə götürdüyü bütün sosial öhdəlikləri vaxtında icra etməsinə imkan verir. Növbəti ildə də heç bir sosial layihə və proqram kəsrlə icra olunmayacaq. Tam şəkildə icra olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR