Azərbaycan sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Azərbaycan sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
# 16 yanvar 2016 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsəd­ləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması isti­qamətində tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, yanvarın 15-də saat 02:30 radələrində Yardımlı rayonu­nun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir nəfər Hindistan vətəndaşları saxlanıl­ıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR