Həsən Ruhani: “İslamın terrorizmlə heç bir əlaqəsi yoxdur”

Həsən Ruhani: “İslamın terrorizmlə heç bir əlaqəsi yoxdur”
# 12 aprel 2016 14:21 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. “İslamın terrorizmlə heç bir əlaqəsi yoxdur. Səmavi dinlər dünyaya sülh və dostluq mesajı gətiriblər”.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda İtaliya baş naziri Mateo Rentsi ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

O, Qərbdəki islamofobiya siyasətini tənqid edib.

İran-İtaliya münasibətlərinə gəldikdə isə H. Ruhani bildirib ki, son 3 ayda iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərləri iqtisadi, elmi və mədəni əlaqələrin inkişafı üçün bir nümunədir.

H. Ruhani İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələrə toxunaraq bildirib ki, İtaliya danışıqlarda iştirak etməsə də, bu ölkəni təmsil edən Federika Mogerininin Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi seçilməsi ilə İtaliya bu müzakirələrdə üzərinə düşən öhdəliyi uğurla yerinə yetirmiş olub.

M. Rentsi isə bildirib ki, İtaliya İrana qarşı sanksiyaların tam ləğvinə və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin sağlam mühitdə inkişaf etdirilməsinə dəstək verməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR