Rusiyada rəhbər şəxslərin dinlənilməsinin qarşısını alan cihaz hazırlanıb

Rusiyada rəhbər şəxslərin dinlənilməsinin qarşısını alan cihaz hazırlanıb
# 06 may 2016 14:04 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Birləşmiş Cihazqayırma Korporasiyası (OPK) ali vəzifəli şəxsləri dinlənmə və terror təhlükəsindən qorumaq məqsədilə xüsusi qurğu hazırlayıb.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, aparat kiçik çamadana yerləşdirilir.

Qurğu asanlıqla daşınır və kənar insanların diqqətin çəkmir. Aparat GSM də daxil olmaqla, bütün tezliklər üzrə rabitə və idarəetmə xətlərini blok etməyə qadirdir. Qapalı danışıqlarda isə qurğu danışıqların getdiyi məkanda dinləmə cihazlarının fəaliyyətini pozur.

Cihaz on metrlərlə radiusda uzaqdan idarə olunan partlayıcı qurğuların işə düşməsini də əngəlləyir.

Şirkətdən bildiriblər ki, bu cihaz dövlətin yüksək vəzifəli şəxslərinin təhlükəsiz hərəkətini təmin etmək və insanların kütləvi toplaşdığı ərazilərdə terror aktlarının qarşısını almaq məqsədilə istifadə oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR