"Regional İnkişaf” İB bölgələr üzrə autizm sindromlu uşaqlarla işləyəcək mütəxəssislərin hazırlanması ilə bağlı layihə həyata keçirib

"Regional  İnkişaf” İB bölgələr üzrə autizm sindromlu uşaqlarla işləyəcək mütəxəssislərin hazırlanması ilə bağlı layihə həyata keçirib
# 13 may 2016 14:19 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə bölgələr üzrə autizm sindromlu uşaqların müalicəsi, onlarla işləyəcək mütəxəssislərin hazırlanması istiqamətində layihə həyata keçirilib.

Birlikdən APA-ya verilən məlumata görə, Bakı şəhərində keçirilən təlim kursu RİİB-ə Lənkərandan daxil olan müraciətlər əsasında təşkil olunub.

Təlimləri Səhiyyə Nazirliyinin mütəxəssisləri aparıb. Layihədə Lənkəran rayonunda təhsil sahəsində çalışan şəxslərdən və autizm sindromlu uşaqların valideyinlərindən ibarət könüllülər iştirak edib.

İştirakçılara autizm sindromlu uşaqlarla ev şəraitində iş, art-terapiya, dram-terapiya, musiqi-terapiya və s. sahələrdə nəzəri, praktik təlimlər keçirilib. Təlimlər uşaq psixoloqu ilə yanaşı, loqoped-defektoloq, həkim-nevropatoloqun birgə iştirakı ilə aparılıb.

Layihə həmçinin autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası, onların valideynlərinə psixoloji hazırlıq baxımından dəstək, insanların diqqətini bu sosial məsələyə yönəltmək məqsədi daşıyıb.

Kursu bitirmiş könüllülər RİİB-in dəstəyi ilə cənub regionu üzrə yaradılacaq Autizm Mərkəzində fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR