Rafael Cəbrayılov görüşlərini davam etdirir - FOTO

Rafael Cəbrayılov görüşlərini davam etdirir - <span style="color: red;">FOTO
# 17 oktyabr 2015 15:06 (UTC +04:00)

Bakı-APA. 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov seçicilərlə görüşlərini uğurla davam etdirir.

Namizədin Seçki qərargahının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti görüşlər saat 10:30-da, 12:30-da və 15:00-da Şirvan şəhərinin müxtəlif ərazilərində yaşayan sakinlər ilə olub.

Əvvəlki görüşlərdə olduğu kimi bu gün də təşkil olunmuş görüşlərin hər birində seçicilər Rafael Cəbrayılovu səmimiyyət və mehribanlıqla qarşılayıblar. Namizəd çıxış edərək Şirvan sakinlərinin göstərdikləri böyük hörmət və mehribanlıq qarşısında məsuliyyətinin daha artdığını bildirib: “Məni Şirvanla çox böyük dəyərlər bağlayır. Əgər seçicilər etimad göstərib deputat seçsələr, hər zaman olduğu kimi deputat olduqdan sonra da daima Şirvan sakinlərinin yanında olacağam”.

Seçicilər Rafael Cəbrayılovun mütəmadi olaraq sakinlərə göstərdiyi diqqət və qayğıdan öz razılıqlarını bildirib, hər zaman Şirvan sakinlərinin yanında olan şirvanlı bir ziyalı ilə fəxr etdiklərini və birmənalı olaraq onu dəstəklədiklərini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR