Latviya XİN başçısı: "Azərbaycanla assosiasiya sazişi üzrə danışıqlara başlanılmalıdır"

Latviya XİN başçısı: "Azərbaycanla assosiasiya sazişi üzrə danışıqlara başlanılmalıdır"
# 23 may 2016 15:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan və Ermənistanla yeni assosiasiya sazişi üzrə danışıqlara başlanılmalıdır”.

APA-nın məlumatına görə, bunu Latviya xarici işlər naziri Edqar Renkeviç Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşündə deyib.

O, Avropa İttifaqını Şərq Tərəfdaşlığı ölkələrini aktiv şəkildə dəstəkləməyə çağırıb.

E. Renkeviç bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin əhalisi Aİ ilə əməkdaşlığın praktiki faydalarını görməlidir. Diplomatın sözlərinə görə, azad ticarət zonasının yaradılması, viza rejiminin sadələşdirilməsi kimi razılaşmalar tezliklə yerinə yetirilməlidir. O, nəqliyyat, enerji, tranzit, kommersiya, səhiyyə və İT sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR