Rio-2016: Azərbaycanlı ağır atlet dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub

Rio-2016: Azərbaycanlı ağır atlet dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub
# 11 avqust 2016 02:26 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

APA-nın məlumatına görə, N. Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionu olub.

Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə qoyub.

Qeyd edək ki, N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR