Konte: “İtaliya futbolunun sadəcə “katenaçço”dan ibarət olmadığını göstərdik”

Konte: “İtaliya futbolunun sadəcə “katenaçço”dan ibarət olmadığını göstərdik”
# 27 iyun 2016 21:12 (UTC +04:00)

Bakı-APA. “Möhtəşəm bir qələbə qazandıq. Çox çətin bir oyun keçirdik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

AÇ-2016-nın 1/8 final mərhələsində İspaniya üzərində qələbə qazanan “skuadra azzura”nın çalışdırıcısı 2:0 hesablı qalibiyyəti belə şərh edib: “Oyunçularımı tək-tək təbrik edirəm. Komandamla qürur duyuram. Hamısı oyun planına sona kimi sadiq qaldılar. İndi isə tez bir zamanda dincəlməliyik. Biz bütün dünyaya İtaliya futbolunun sadəcə “katenaçço”dan ibarət olmadığını göstərdik. 1/4 finalda bizi Almaniya kimi rəqib gözləyir. Qalibiyyəti qısa şəkildə qeyd edib, sonrakı matça hazırlanmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR