Rabitə və yüksək texnologiyalar nazirinin köməkçisi və daha bir şöbə müdiri işdən çıxarılıb

Rabitə və yüksək texnologiyalar nazirinin köməkçisi və daha bir şöbə müdiri işdən çıxarılıb
# 14 dekabr 2015 09:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda aparılan kadr dəyişikliyi davam edir.

"APA-Economics" xəbər verir ki, nazirin köməkçisi Ehtiram İdris oğlu Kərimov (fotoda - red.) tutduğu vəzifədən azad olunub.

E. Kərimovla yanaşı, nazirliyin ümumi şöbəsinin müdiri İsgəndər Tağıyev də işdən çıxarılıb.

Qeyd edək ki, bundan öncə qurumun aparat rəhbərinin müavini İlham Mərdanov da tutduğu vəzifə ilə vidalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR