Şotlandiya Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına veto qoya bilər

Şotlandiya Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına veto qoya bilər
# 26 iyun 2016 14:11 (UTC +04:00)

Bakı-APA. Şotlandiya hökumətinin rəhbəri, birinci nazir Nikola Stercen Şotlandiya hakimiyyətinin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasında veto qoya biləcəyini bəyan edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, N. Stercen deyib ki, əgər Böyük Britaniya hökuməti Şotlandiya hökuməti qarşısında Avropa İttifaqından çıxmaq məsələsini qoyarsa, o halda bu məsələni Şotlandiya parlamentində müzakirəyə çıxaracaq və deputatlardan bu məsələnin əleyhinə səs verməyi xahiş edəcək.

N. Stercenin rəhbərlik etdiyi partiya Şotlandiya parlamentində 129 yerdən 63-nün sahibidir. Bununla belə, N. Stercen hələ Şotlandiya və Böyük Britaniya, Böyük Britaniya və Avropa İttifaqı, Şotlandiya və Avropa ittifaqı arasında situasiyanın inkişafını izləməyi zəruri sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR