İrandan Azərbaycanda gələn vətəndaşın daxili orqanında tiryək aşkar olunub

İrandan Azərbaycanda gələn vətəndaşın daxili orqanında tiryək aşkar olunub
# 23 avqust 2016 12:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Astara Gömrük İdarəsinin əməkdaşları idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçiriblər.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsin daxili orqanında xalis çəkisi 311,46 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR