Ağ Evin əməkdaşı qəza nəticəsində ölüb

Ağ Evin əməkdaşı qəza nəticəsində ölüb
# 21 sentyabr 2015 08:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-da Ağ Evin əməkdaşı Ceykob Bryuer Merilend ştatının Hauard dairəsində keçirilən xeyriyyə tədbiri zamanı ölüb.

APA-nın NBC-yə istinadən verdiyi məlumata görə, velosipedlə hərəkət edən C. Bryuer idarəetməni itirib və qarşıdan gələn avtomobillə toqquşub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

ABŞ prezidenti Barak Obama C. Bryuerin ölümü ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, 34 yaşlı Ceykob Bryuer Ağ Evin elmi-texniki siyasət idarəsinin baş müşaviri vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR