Olland Kubaya qarşı embarqonu ləğv etməyə çağırıb

Olland Kubaya qarşı embarqonu ləğv etməyə çağırıb
# 01 fevral 2016 23:32 (UTC +04:00)

Bakı-APA. Fransa prezidenti Fransua Olland ABŞ tərəfindən Kubaya qarşı qoyulan embarqonu ləğv etməyə çağırıb.

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa dövlət başçısı Kuba Dövlət Şurasının sədri Raul Kastro ilə görüşündən sonra bəyan edib.

“Embarqo artıq tamamilə ləğv edilməlidir. Bununla bağlı xeyli səy göstərmiş prezident Obama axıra gədər getməlidir”, deyə F.Olland bildirib.

ABŞ-da Respublikaçıların çoxluq təşkil etdiyi Konqres 1962-ci ildə Kubaya qarşı qoyulan embarqonun tam ləğvini yasaqlayıb.

Kuba lideri son 20 ildə ilk dəfə olaraq Parisə gəlib. Xatırladaq ki, Fransua Olland ötən il Kubaya səfər edib. O, ikitərəfli münasibətlər tarixində Kubaya səfər edən ilk Fransa prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR