Almaniyada avtomobil piyadaların üzərinə sürülüb, 6 nəfər xəsarət alıb

Almaniyada avtomobil piyadaların üzərinə sürülüb, 6 nəfər xəsarət alıb
# 26 noyabr 2017 12:18 (UTC +04:00)

Almaniyanın Kuksxafen şəhərində avtomobil piyadaların üzərinə sürülüb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Polisin ilkin rəyinə əsasən hadisə qəsdən törədilib. Polisin məlumatında qeyd edilib ki, sərxoş vəziyyətdə olan 29 yaşlı kişi naməlum səbəbdən avtomobili piyadaların üzərinə sürüb. Xəsarət alan 6 nəfərdən 2-nin durumu ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR