Göyçayda 20 Yanvarla bağlı anım mərasimi təşkil olunub

Göyçayda 20 Yanvarla bağlı anım mərasimi təşkil olunub
# 20 yanvar 2017 13:20 (UTC +04:00)

Yanvarın 20-də Göyçay rayonundakı “Şəhidlər” abidə kompleksinin önündə anım mərasimi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, gün ərzində rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə, eləcə də Şəhidlər xiyabanında şəhid məzarları üstünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsini anıblar.

Sonra “Qurani-Kərim” oxunub, şəhidlərin ruhuna dualar edilib.

Anım mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, o qanlı şənbə gecəsində xalqımız öz müstəqilliyini və azadlığını hər şeydən uca tutduğunu bir daha sübut edib. İH başçısı 20 Yanvar şəhidləri Mehman Muradov və Rauf İsayevin, eləcə də Qarabağ müharibəsi şəhidlərinin məzarını ziyarət edərək onların ailə üzvləri ilə görüşüb, problemləri ilə maraqlanıb.

Sonra rayon İH nümayəndələri şəhid Rauf İsayev və Mehman Muradovun, sağlamlığını itirən II qrup əlil Fərhad Bayramovun evinə gedərək, qayğı və problemləri ilə maraqlanıblar. Şəhidlərin təhsil aldığı orta məktəblərdə anım mərasimləri təşkil olunub.

Qeyd edək ki, Göyçaydakı Şəhidlər xiyabanında quruculuq-abadlıq işləri aparılıb, “Şəhidlər” abidə kompleksi, şəhərdə və kəndlərdə 214 şəhidin məzarı yenidən bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR