Azərbaycanda suda boğulan 4 nəfərin meyiti tapılıb

Azərbaycanda suda boğulan 4 nəfərin meyiti tapılıb
# 06 avqust 2015 10:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda suda boğulan 4 nəfərin meyiti tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 5-də Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində Gəncə şəhər sakini Akif Məmmədov, Zuğulba çimərliyində Buzovna qəsəbə sakini Ərəstun Əliyev, Tovuz rayonu Qazqulu kəndində Kamran Hüseynov su anbarında çimərkən boğulublar.

Şəmkir rayonunun Qaranüy kəndində isə Elvin Piriyev Kür çayında balıq tutarkən yıxılaraq çayda boğulub.

Onların meyitləri sudan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR