Kürdəmirdə avtomobil aşıb, sürücü ağır xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, sürücü ağır xəsarət alıb
# 04 noyabr 2016 11:03 (UTC +04:00)

Kürdəmirdə minik avtomobili aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 39-cu kilometrliyində, Kürdəmir rayonunun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Laçın rayon sakini, 1985-ci il təvəllüdlü Ramil Şahlar oğlu Məcnunov idarə etdiyi "Mercedes" markalı avtomobil İmişli rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb. Xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib. R. Məcnunovun vəziyyəti ağır olduğundan o, müalicə məqsədi ilə paytaxta göndərilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR