Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verib

Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verib
# 20 dekabr 2016 07:45 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Sergey Lavrova başsağlığı məktubu göndərib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir A. Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək S. Lavrova dərin hüznlə başsağlığı verib.

Nazir öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından A. Karlovun ailəsinə və yaxınlarına başsağlığı diləklərinin çatdırılmasını xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR