Dani Kintana: “Heç də yaxşı vəziyyət deyil, nəticələrimiz mənfidir”

Dani Kintana: “Heç də yaxşı vəziyyət deyil, nəticələrimiz mənfidir”
# 26 noyabr 2019 11:30 (UTC +04:00)

“Sevilya”ya qol vurmalı, xal qazanmalıyıq ki, 1/16 final şansımızı qoruyaq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Dani Kintana deyib.

İspaniyalı legioner Avropa Liqasının V turunun “Sevilya” ilə noyabrın 28-də keçiriləcək səfər matçı barədə fikirlərini açıqlayıb: “Bilirik ki, bu, çox çətin olacaq. Əlbəttə, “Sevilya” əla komandadır. Xulen Lopeteqinin baş məşqçi postuna gəlməsi ilə komanda daha da gücləndi. Hazırda rəqibimiz bütün xətlərdə balanslaşmış heyətə malikdir. Üstəlik, bu turnir onlar üçün xüsusi önəm kəsb edir. Mənim üçün Avropa Liqasının əsas favorit “Sevilya”dır. Bu komandada çıxış edən Franko Vaskesi yaxşı tanıyıram. O, bu il əla səviyyədə çıxış edir”.

D.Kintana iki gün sonrakı matça motivasiyanın yüksək olmasından da danışıb: “Biz çox həyəcanlıyıq. Heç də yaxşı vəziyyət deyil. Çünki nəticələrimiz mənfidir. Əminəm ki, komanda özünü göstərəcək. Avropa Liqası həyəcanı tam fərqlidir. “Ramon Sançes Pisxuan” stadionunda müsbət nəticə qazanmalıyıq. Bununla da növbəti mərhələ şansımızı qoruyacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR