Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 08 sentyabr 2015 14:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Q. Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q. Məmmədov vətəndaşları ev tikmək adı ilə aldadaraq xeyli miqdarda pul mənimsəyib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR