Muxtar Maniyev sabah xəstəxanadan evə buraxılacaq

Muxtar Maniyev sabah xəstəxanadan evə buraxılacaq
# 21 avqust 2015 10:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Muxtar Maniyev sabah xəstəxanadan evə buraxılacaq.

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, həkimlər M. Maniyevin səhhətini normal qiymətləndirirlər: “Səhhətində irəliləyiş var. Ayağı ilə bağlı müalicələri qaydasındadır, həkimlərin məsləhəti ilə Muxtarı sabah evə gətirəcəyik. Tikişlər hələlik sökülməyib. Bunun üçün bir müddət vaxt keçməlidir”.

N. Maniyeva əlavə edib ki, ehtiyac olarsa, xalq artistinin müalicəsi ev şəraitində davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl M. Maniyevin ayağı Elmi Cərrahiyyə Mərkəzinə amputasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR