Kürdəmir və Qusarda biçilmiş taxıl sahələri yanıb

Kürdəmir və Qusarda biçilmiş taxıl sahələri yanıb
# 10 sentyabr 2015 00:12 (UTC +04:00)

Bakı-APA. Kürdəmirdə və Qusarda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Xınıslı kəndində kənd əhalisinə məxsus ərazidə 150 ha biçilmiş taxıl sahəsi və 2 ha sahədə üzüm bağı yanıb. Üzüm bağının qalan hissəsi yanğından mühafizə olunub.

Qusar rayonu, Yasab kəndində isə kənd əhalisinə məxsus ərazidə 65 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdaki digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR