Ucarda yanmış mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub - VİDEO

Ucarda yanmış mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub - <span style="color: red;">VİDEO
# 08 dekabr 2014 13:33 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Ucar rayon sakini Qənirə Həsənovanın meyitinə baxış keçirilərkən onun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkar edilib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə dekabrın 6-da qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Ucar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti 10 kv.m sahədə yanıb.
Yanğın kəşfiyyatı zamanı ev sahibinin qismən yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR