Meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sisteminə dəyişiklik edilib

Meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sisteminə dəyişiklik edilib
# 12 dekabr 2014 14:06 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişiklik büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği ilə bağlıdır.

Dəyişikliyə əsasən, bundan sonra meliorasiya və su təsərrüfatı müəssisələrinin müxtəlif sistemli və müxtəlif güclü nasos qurğularına xidmət göstərən yüksək ixtisaslı maşinistlərin tarif maaşlarına nasos qurğusunun saatlıq suötürmə gücündən asılı olaraq əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə əmsallar tətbiq ediləcək. Beləliklə, 9000-dən 11000 kub metrə qədər su ötürüldükdə - 1,05, 11000-dən 13000 kub metrə qədər su ötürüldükdə - 1,10, 13000-dən 15000 kub metrə qədər su ötürüldükdə - 1,15, 15000-dən 17000 kub metrə qədər su ötürüldükdə - 1,20, 17000-dən 19000 kub metrə qədər su ötürüldükdə - 1,25, 19000 kub metrdən yuxarı su ötürüldükdə - 1,30 məbləğdə əmsallar tətbiq ediləcək.

Qərar imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR