Ferqyusonda 18 yaşlı qaradərili gənci güllələyən polis istefa verib

Ferqyusonda 18 yaşlı qaradərili gənci güllələyən polis istefa verib
# 30 noyabr 2014 04:39 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ferqyuson şəhərində 18 yaşlı silahsız qaradərili Maykl Braunu güllələyən Darren Uilson adlı polis əməkdaşı hüquq-mühafizə orqanlarından istefa verib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb. Xatırladaq ki, qeyd olunan insident etirazlara və kütləvi iğtişaşlara səbəb olub.

Qeyd edək ki, noyabrın 24-də Ferqyuson şəhər məhkəməsi Darren Uilsona bəraət qərarı verib. Məhkəmənin qərarı şəhərdə kütləvi iğtişaşlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR