Dövlət Agentliyinin rəhbəri: “”Metsamor” AES-in təhlükə doğurduğunu bütün beynəlxalq tədbirlərdə bəyan edirik”

Dövlət Agentliyinin rəhbəri: “”Metsamor” AES-in təhlükə doğurduğunu bütün beynəlxalq tədbirlərdə bəyan edirik”
# 03 oktyabr 2014 13:34 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. “Azərbaycan bütün beynəlxalq tədbirlərdə Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının mənəvi olaraq köhnəldiyini, onun təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə doğurduğunu bəyan edir”. APA-nın xəbərinə görə, bunu Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynov deyib.


V. Hüseynovun sözlərinə görə, beynəlxalq tədbirlərdə Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğal edildiyi də daim xatırladılır: “Azərbaycan dövlətinin hazırda həmin əraziyə nəzarət etmədiyi qeyd olunur. Bu da öz növbəsində həmin ərazidə nüvə materiallarının, radioaktiv maddələrin qeyri-qanuni daşınmasına imkan yaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR