Dini Komitədə Dövlət Müşavirinin iştirakı ilə müşavirə keçirilib

Dini Komitədə Dövlət Müşavirinin iştirakı ilə müşavirə keçirilib
# 31 oktyabr 2014 14:09 (UTC +04:00)

Komitənin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də Dövlət Komitəsi Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

DQİDK sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dövlət Komitəsi qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb. O qeyd edib ki, komitə 16 noyabr Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirlər təşkil etməyi nəzərdə tutur. Həmin tədbirlər Bakı ilə yanaşı, Gəncə və Qəbələ şəhərlərində də təşkil olunacaq. Dövlət müşaviri K.Abdullayev bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti ilə maraqlanıb. Dövlət müşaviri səsləndirdiyi fikirlərində ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daima qorunub saxlanıldığını diqqətə çatdırıb, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, həmçinin, müvafiq tövsiyələrini verib.Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalıdır. Mövcud dini durum və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edildikdən sonra M. Qurbanlı bu formatda tədbirlərin mütəmadi keçirilməsini səmərəli hesab edərək, gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR