Azərbaycanda yeni siyasi ittifaq yaradılır

Azərbaycanda yeni siyasi ittifaq yaradılır
# 12 sentyabr 2014 13:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratik Qüvvələrin Birliyinin (DQB) növbəti toplantısı keçirilib.

Bu barədə APA-ya AMİP sədri Yusif Bağırzadə məlumat verib.

Y. Bağırzadə bildirib ki, iclasda KXCP, ALP, AMİP, Azad Demokratlar Partiyasının iştirakı ilə “Avropa seçimi” siyasi ittifaqı yaradılması qərara alınıb və bu istiqamətdə ilkin müzakirələr aparılıb: “Burada məqsəd Azərbaycanın Avropaya inteqrasiyasını daha da intensivləşdirmək və Azərbaycan mühitində Avropanın demokratik dəyərlərini bərqərar etməkdir”.

Y. Bağırzadə qeyd edib ki, ittifaqın Azərbaycanda keçiriləcək bələdiyyə və parlament seçkilərində də iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR