Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 noyabr 2014 04:22 (UTC +04:00)

APA-nın məlumatına görə, qəza Təbriz və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qeydə alınıb. Tural Malik oğlu Məmmədbəylinin idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Vidadi Baxşeyş oğlu Məmmədovun idarə etdiyi "Daewoo" toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralılara ilkin tibbi yardım göstəriblər. Avtomobillər isə yararsız hala düşüb.

Olay yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları müvafiq ekspertizalar təyin ediblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya həm yüksək sürət həm də işıqforun işləməməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR