Neftçilər prospektində 2 avtomobil toqquşub - FOTOSESSİYA - VİDEO

Neftçilər prospektində 2 avtomobil toqquşub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2014 08:52 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Neftçilər prospektində qeydə alınıb. Qəza zamanı "Toyota Land Cruiser" və "Toyota Camry" markalı avtomobillər toqquşub. Nəticədə "Toyota Camry"nin sürücüsü yüngül bədən xəsarəti alıb.

Olay yerinə təcili yardım çağırılıb. Yaralıya ilkin müdaxilə edilib və o, dərhal 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

İlkin araşdırma zamanı qəzaya "Toyota Land Cruiser"ın sürücüsünün səbəb olduğu müəyyənləşib. Hər iki avtomobil evakuator vasitəsilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR