Əbülfəs Qarayev İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti ilə görüşüb

Əbülfəs Qarayev İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti ilə görüşüb
# 22 oktyabr 2014 11:55 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bakıda səfərdə olan İranın ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şəhindoxt Moulaverdi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan və İran arasındakı mədəni əlaqələrin hazırkı səviyyəsindən və inkişafından söz açılıb.

Ş. Moulaverdi qeyd edib ki, İran hökuməti qonşu ölkələrlə, xüsusən də Azərbaycanla əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verir. Ə. Qarayev isə öz növbəsində bildirib ki, Azərbaycan qapılarını bütün dünyaya açıb. Azərbaycan-İran əlaqələrinin mədəniyyət sahəsindəki inkişafına toxunan nazir yaxın gələcəkdə iki ölkə arasında birgə mədəniyyət həftələrinin təşkil olunacağını deyib.

Qeyd edək ki, İranın vitse-prezidenti Azərbaycana İslam Əməkdaşlıq Təşkilatının 5-ci Nazirlər Konfransında iştirak etmək məqsədilə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR