Səməd Seyidov: “AŞ PA-da Ermənistanın törətdiyi təxribatlar və 15 yaşlı Cavid Məmmədovun girov götürülməsi ilə bağlı müzakirə aparılacaq”

Səməd Seyidov: “AŞ PA-da Ermənistanın törətdiyi təxribatlar və 15 yaşlı Cavid Məmmədovun girov götürülməsi ilə bağlı müzakirə aparılacaq”
# 08 sentyabr 2014 10:33 (UTC +04:00)

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı qərar ötən həftə Parisdə keçirilən AŞ PA Bürosunun iclasında qərar qəbul edilib.

S. Seyidov qeyd edib ki, Azərbaycanın məqsədi Ermənistana qarşı qəti sanksiyanın tətbiq olunmasıdır: “Çünki elə bir dövrdür ki, artıq sanksiyaların tətbiqi gündəmdədir və müxtəlif dövlətlərə tətbiq olunur. Bütün bu baş verənlərdən, xüsusilə azyaşlı uşağın girov götürülməsindən sonra Ermənistana niyə sanksiya tətbiq olunmasın?..”

Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 30-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR