Bakıda Azərbaycan-Gürcüstan biznes forum keçiriləcək

Bakıda Azərbaycan-Gürcüstan biznes forum keçiriləcək
# 31 oktyabr 2014 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Gürcüstan biznes forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum noyabrın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladzenin rəhbərliyi ilə biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

Biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı keçiriləcək.

Biznes forumda tikinti və turizm sahələri təmsil edən Gürcüstan şirkətləri iştirak edəcəklər. Tədbir zamanı Acarıstanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları biznes forumda iştirak etməyə dəvət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR