Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri Vladimir Putinə müraciət ediblər - FOTOSESSİYA - VİDEO

Ermənilərin Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri Vladimir Putinə müraciət ediblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 iyul 2014 13:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciətlər ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D. Əsgərovla Ş. Quliyevin girovluqdan azad olunması xahiş edilib.

Rusiya Federasiyasının vətəndaşları olan Dilqəm Əsgərovun və Albina Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib.

Müraciətlərin mətni və pasportların surəti məlumata əlavə olunur.

Pasportların surətindən aydın olur ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Lakin Rusiyanın Azərbaycandakı səfirliyi D. Əsgərovun Rusiya vətəndaşı olmadığını bildirib.

Pasportların surətindən o da məlum olur ki, Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova da Rusiya Federasiyasının vətəndaşdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR