Avstriya Azərbaycana yeni səfir təyin edib

Avstriya Azərbaycana yeni səfir təyin edib
# 16 oktyabr 2014 08:48 (UTC +04:00)

APA-nın Səfirliyin mətbuat xidmətinə istinadən məlumatına görə bu vəzifəyə Mag. Aksel Vex təyin edilib. Yeni səfir dekabrın 1-dən etibarən diplomatik fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Mag. Aksel Vex Qrats Universitetində hüquq üzrə ali təhsil, magistr dərəcəsini alıb. 1996-cı ildən diplomatik fəaliyyətə başlayan Mag. Aksel Vex 1996-1998-ci illərdə Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlikdə, 1998-1999-cu ildə Avstriyanın Brüsseldəki səfirliyində attaşe kimi fəaliyyət göstərib. 1999-2000-ci illərdə Federal Nazirlikdə yenidən fəaliyyətinə davam edən diplomat 2000-2003-cü illərdə Avstriyanın Nyu Dehlidəki səfirliyində, 2003-2006-cı illərdə isə Avstriyanın Braziliyadakı səfirliyində çalışıb. 2010-cu ildən isə Avstriyanın Pakistanda rəsmi təmsilçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR