Türkiyənin Gürcüstandakı səfiri Marneuliyə səfər edib

Türkiyənin Gürcüstandakı səfiri Marneuliyə səfər edib
# 09 sentyabr 2014 15:13 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib. Səfər yerli əhali ilə tanışlıq xarakteri daşıyıb.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev APA-ya açıqlamasında Türkiyə səfirinin Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev ilə görüşdüyünü və rayon əhalisi, o cümlədən azərbaycanlıların həyat tərzi ilə maraqlandığını bildirib: “Diplomat Marneuli Məşğulluq Mərkəzində azərbaycanlı ictimaiyyət nümayəndələri ilə bir saata qədər görüş keçirdi. Əsasən Türkiyə-Gürcüstan dostluq əlaqələri ilə bağlı söhbətlər, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin işlə təmin edilməsi, Gürcüstan cəmiyyətinə inteqrasiya və bölgədə siyasi-iqtisadi durumla bağlı söhbətlər aparıldı”.

Z. L. Gümrükçü jurnalistlərə açıqlamasında azərbaycanlılar yaşayan bölgədə bir sıra vacib layihələr həyata keçirəcəklərini, məscidlərin təmirinə yaxından kömək edəcəklərini bildirib: “Biz sizlərə Azərbaycan qədər yaxın olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR