Gənclər və idman naziri Lənkəranda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Gənclər və idman naziri Lənkəranda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 noyabr 2014 09:40 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev-APA. Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından 30-dək vətəndaş iştirak edib.

Qəbul zamanı gənclər sahəsində edilən müraciətlər sırasında QHT-in yaradılması üçün dəstək verilməsi, müxtəlif layihələrin dəstəklənməsi, yay istirahət düşərgələrinin təşkili, məktəblərdə hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətində olub.

Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, ölkədə beynəlxalq yarışların keçirilməsi idman sahəsində edilən müraciətlərlə bağlı ərizələr qəbul edilib.

Eyni zamanda, gənclər mərkəzlərinin, olimpiya idman komplekslərinin tikilməsi, bəzi idman qurğularının təmiri sahəsində də təkliflər verilib.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR