“Bank Respublika” aktivlərini artırıb

“Bank Respublika” aktivlərini artırıb
# 26 avqust 2014 10:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin II rübündə “Bank Respublika”nın aktivlərinin həcmi 500,627 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,3% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın kredit portfeli 22,89% artaraq 296,716 mln. manat olub.

Bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 34% azalaraq 4,257 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 24,6% artaraq 331,563 mln. manata çatıb. Bu ilin iyulun 1-nə əhalinin əmanətlərinin həcmi isə, 128,118 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 31,6% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 12,4 % artaraq 61,053 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 37 mln. 461 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 18,6% artaraq 32,555 mln. manat, xərcləri isə 15,6% artaraq 24,659 mln. manata çatıb.

Bu ilin altı ayı ərzində bankın əldə etdiyi mənfəət 6 mln. 316 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 32 filialı, 56 bankomatı, 769 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR