Bakıda kafedə bıçaqlanma qeydə alınıb

Bakıda kafedə bıçaqlanma qeydə alınıb
# 20 oktyabr 2014 08:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 19-da Z.Bünyadov prospektində yerləşən kafedə qeydə alınıb. Naməlum şəxs Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımova bıçaq xəsarəti yetirib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Elçin Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR