Azərbaycanda əlillərin sayı 535 minə çatır

Azərbaycanda əlillərin sayı 535 minə çatır
# 10 dekabr 2014 13:39 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan əhalisinin 5,2%-i, yəni, 535 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardan ibarətdir: “Müqayisə üçün bildirirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir, yəni dünyada 650 milyondan artıq əlil yaşayır. Əlilliyin qarşısının alınması reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, həmçinin onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu, həm ölkəmizin Konstitusiyasında, həm “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də müvafiq hüquqi-normativ sənədlərdə təsbit olunub. Biz bu sahədə davamlı və sistemli tədbirlərin görülməsinin vacibliyini dərk edirik”.

Nazir müavini əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiə hüququnun təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən də danışıb: “2009-2013-cü illərdə məşğulluq mərkəzlərinə müraciət edən 2 468 nəfər əlilliyi olan şəxsdən, 1 089 nəfəri işlə təmin olunub, 202 nəfəri peşə hazırlığı kurslarına, 60 nəfəri isə ictimai işlərə göndərilib. Hazırkı dövrədək dövlət hesabına 4 000-ə yaxın əlil avtomobillərlə, 5 000-ə yaxın əlil isə mənzillərlə təmin olunub və bu il proses daha da sürətlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR